Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri Şərq-islam ədəbiyyatı tarixi və nəzəri fikrinin mühüm tərkib hissəsi olmaqla, orta əsrlər boyunca dünya mədəniyyətinə mövzu, fəlsəfi fikir, bədii yaradıcılıq metodları və yeni, mükəmməl poeziya qaydalarının inteqrasiya olunmasına geniş imkanlar açmışdır. İran şairi Xacu Kirmaninin (XIV) “Rövzətül-ənvar” (Nurlar bağçası) əsəri Nizami Gəncəvinin ilk poeması “Məxzənül-əsrar”a cavab olaraq yazılmışdır, lakin şair məzmun və forma baxımından Nizami ənənəsini izləsə də, onu özünəməxsus novatorluqla işləmiş, məqalət və novellaları fərqli olan orijinal bir sənət nümunəsi yaratmışdır. Xacu Kirmaninin “Rövzətül-ənvar” poemasında ilk məqalətdən diqqəti cəlb edən mühüm məsələ şairin öz sələfi kimi ilahi qüdrətdən yaranan söz və onun gözəlliyinə, insan cəmiyyətində roluna verdiyi qiymətdir. Əsərin "Sözün həqiqiliyi və onun yüksəkliyi bəyanı” adlanan birinci məqalətini sadəcə ədəbi təsir, bədii faydalanma kimi qəbul etmək mümkün deyildir. Məqalətdə Xacunun söz haqqında fikir və vəsfləri öz orijinallığı ilə diqqəti cəlb edir. Eləcə də, məqalətə aid olan ilk hekayə “Hindistandan Fars diyarına səfər edən Tutinin əhvalatı” məzmunu və maraqlı süjeti ilə orijinal işlənmişdir. “Rövzətül-ənvar” əsərinin məzmun və ideyası üzərində aparılan tədqiqat əsasında belə nəticəyə gəlmək mümkündür ki, ”Xəmsə” ənənəsi üzrə Nizami poemalarına cavab olaraq yazılmış əsərlərdə oxşar motivlərin tipoloji xüsusiyyətləri ilə yanaşı, müxtəlif tarixi dövrlərdə mövzuya yeni motivlərin əlavə olunması və süjet xəttinin genişlənməsi müşahidə olunur.
Even the works of the Azerbaijani poet Nizâmî-i Gencevi, which is an important component of the historical and theoretical thought of Eastern Islamic literature, opened a wide range of opportunities for the poetic integration of literary topics, philosophical ideas, artistic creativity methods and new, perfect poetic rules throughout the Middle Ages. The Iranian poet Hâcû-i Kirmâni (XIV) "Ravżatü'l-envâr" (Light Garden) was written in response to the first poem of Nizâmî-i Gencevî "Ma
Field : Güzel Sanatlar; Sosyal, Beşeri ve İdari Bilimler
Journal Type : Uluslararası
Relevant Articles | Author | # |
---|
Article | Author | # |
---|