Kullanım Kılavuzu
Neden sadece 3 sonuç görüntüleyebiliyorum?
Sadece üye olan kurumların ağından bağlandığınız da tüm sonuçları görüntüleyebilirsiniz. Üye olmayan kurumlar için kurum yetkililerinin başvurması durumunda 1 aylık ücretsiz deneme sürümü açmaktayız.
Benim olmayan çok sonuç geliyor?
Birçok kaynakça da atıflar "Soyad, İ" olarak gösterildiği için özellikle Soyad ve isminin baş harfi aynı olan akademisyenlerin atıfları zaman zaman karışabilmektedir. Bu sorun tüm dünyadaki atıf dizinlerinin sıkça karşılaştığı bir sorundur.
Sadece ilgili makaleme yapılan atıfları nasıl görebilirim?
Makalenizin ismini arattıktan sonra detaylar kısmına bastığınız anda seçtiğiniz makaleye yapılan atıfları görebilirsiniz.
 Görüntüleme 1
Totemlərlə və Mifik İnamlarla Bağli Azərbaycan Toponimləri
2022
Dergi:  
Türk & İslam Dünyası Sosyal Araştırmalar Dergisi
Yazar:  
Özet:

Türk xalqlarında qurd, ilan, qartal, geyik, göyərçin, inək və s. heyvanlar zaman-zaman ayrı-ayrı tayfaların totemi(onqonu) olmuş və həmin heyvanlar müqəddəsləşdirilmişdir. Digər miflərlə əlaqədar formalaşan toponimlərdə olduğu kimi, zoomorfik(totemik) miflərlə bağlı əmələ gələn antrotoponimlərdə də yaranma mexanizmi eynidir.Belə ki, həmin miflərlə əlaqədar formalaşan toponimlər də ilk əvvəl mifoloji obraz-totem adı, toponim, etnonim və toponim istiqamətində inkişaf xətti keçmişdir. Ağac kultu bütün türk xalqlarının hamısında mövcud olmuş universal bir obrazdır.Qədim türklərdə ağac ana totem, totemlərin anası, bəzən isə insanların qəbilələrin xalqların ulu babalarının anası kimi qələmə verilir.Əski hunlarda gözəl qayınağacı vətəni qoruyan zoomorfik onqon olmuşdur. Azərbaycan ərazisində qeydə alınan mifoloji toponimləri araşdırdıqca məlum olur ki, həmin adların arealı kifayət qədər genişdir. Digər miflərlə əlaqədar formalaşan toponimlərdə olduğu kimi, zoomorfik(totemik) miflərlə bağlı əmələ gələn antrotoponimlərdə də yaranma mexanizmi eynidir.Belə ki, həmin miflərlə əlaqədar formalaşan toponimlər də ilk əvvəl mifoloji obraz-totem adı, toponim, etnonim və toponim istiqamətində inkişaf xətti keçmişdir.Burada ilk olaraq qurd totemi ilə bağlı yaranmış olan toponimlərimizə nəzər salmağı vacib hesab edirik.Çünki qurd türk mifologiyasında ən mühüm totemlərdən biri, bəlkə də birincisidir.“Ərgənəkon” dastanında göstərilir ki, türklərin ulu babaları dişi qurdla oğlan uşağından törəmişdir.“Törəniş” dastanında isə qurd ata kimi təsvir olunur. Quş onqonları ilə bağlı mifoloji toponimlər də olduqca çoxluq təşkil edir.Quş onqonlarının müasir dövrdəki izlərinin araşdırılması xalqın qədim tarixinin, inam və məişətinin öyrənilməsi üçün mühüm mənbələrdən biri kimi maraqlıdır.

Anahtar Kelimeler:

2022
Yazar:  
Atıf Yapanlar
Bilgi: Bu yayına herhangi bir atıf yapılmamıştır.
Benzer Makaleler


Türk & İslam Dünyası Sosyal Araştırmalar Dergisi

Alan :   Eğitim Bilimleri; Filoloji; Güzel Sanatlar; Hukuk; İlahiyat; Sosyal, Beşeri ve İdari Bilimler; Spor Bilimleri

Dergi Türü :   Uluslararası

Metrikler
Makale : 816
Atıf : 576
Türk & İslam Dünyası Sosyal Araştırmalar Dergisi