Kullanım Kılavuzu
Neden sadece 3 sonuç görüntüleyebiliyorum?
Sadece üye olan kurumların ağından bağlandığınız da tüm sonuçları görüntüleyebilirsiniz. Üye olmayan kurumlar için kurum yetkililerinin başvurması durumunda 1 aylık ücretsiz deneme sürümü açmaktayız.
Benim olmayan çok sonuç geliyor?
Birçok kaynakça da atıflar "Soyad, İ" olarak gösterildiği için özellikle Soyad ve isminin baş harfi aynı olan akademisyenlerin atıfları zaman zaman karışabilmektedir. Bu sorun tüm dünyadaki atıf dizinlerinin sıkça karşılaştığı bir sorundur.
Sadece ilgili makaleme yapılan atıfları nasıl görebilirim?
Makalenizin ismini arattıktan sonra detaylar kısmına bastığınız anda seçtiğiniz makaleye yapılan atıfları görebilirsiniz.
 ASOS INDEKS
 Görüntüleme 2
BMT-də sülh və təhlükəsizlik məsələləri və veto hüququnun regional münaqişələrin həllinə təsiri
2021
Dergi:  
Sosiologiya.Sosial psixologiya.Siyasət
Yazar:  
Özet:

BMT-nin Nizamnaməsinə əsasən Təhlükəsizlik Şurasının bütün qətnamələri hüquqi qərarlardır və bütün üzv dövlətlər beynəlxalq hüquq normalarına uyğun olaraq bu qərarlara əməl etməlidirlər. Sanksiyalar və qərarlar beynəlxalq hüquqi tənzimləmə vasitəsi kimi təhlükəsizliyin qorunmasında çox vacibdir. Sanksiyalar günahkar dövləti qanun normalarına riayət etməyə məcbur edir, barışıq və təhlükəsizliyin qorunmasına müsbət təsir göstərir. BMT üzvləri TŞ-nın qərarlarına tabe olmalıdırlar. Aparılan araşdırmalar TŞ-nın əsas nöqsanlarının aşağıdakılar olduğunu göstərir: Birincisi, veto hüququndan gələn güc təşkilatı qeyri-demokratik etmişdir. Daimi üzvlər veto hüququndan birbirlərinə qarşı siyasi silah kimi istifadə edirlər. ABŞ Rusiyadan sonra vetonun ən aktiv istifadəçisidir. SSRİ-nin dağılmasından sonra Rusiya ilə ABŞ arasındakı ideoloji ziddiyyətlər ortadan qalxdı, ancaq geosiyas uyğunsuzluqlar artdı. Yuxarıda göstərilən faktların təhlili göstərir ki, TŞ-nın daimi üzvləri arasında geosiyasi ziddiyyətlər mövcuddur və daimi üzvlər sanksiya ilə bağlı qərar verməyi planlaşdırdıqda, öz mənafelərinə uyğun davranacaqlar. Daimi üzvlərin iqtisadi maraqları da qərar verməyə təsir göstərir. BMT-nin Nizamnaməsinə əsasən TŞ-nın daimi üzvlərinin qarşılıqlı tövsiyələri ümumi fəaliyyət üçün çox vacibdir. Nizamnamənin 49-cu maddəsində yazılmışdır: “Birləşmiş Millətlər Təşkilatının üzvləri Təhlükəsizlik Şurasının qərar verdiyi tədbirlərin həyata keçirilməsində qarşılıqlı yardım göstərməyə qoşulacaqlar”. Lakin daimi üzvlər arasında yekdil fikirin olmaması və veto hüququndan sui-istifadə, geosiyasi maraqları naminə fəaliyyət göstərmələri vetonun ləğvi məsələsini aktual edir. İkincisi, silahlanmanın artırılması, münaqişə edən ölkələrə silah satma marağı TŞ-nın münaqişələrin tənzimlənməsindəki rolunu yerinə yetirməsinə mane olur. Təhlükəsizlik Şurasının daimi üzvləri daha çox silaha malikdir və onların silahlarını qarşıdurma edən dövlətlərə satma maraqları var. Buna görə də münaqişələri tez bir zamanda həll etmək onlar üçün faydalı deyil. Üçüncüsü, TŞ-nın daimi və müvəqqəti üzvləri “Soyuq Müharibə” dövründə olan regionlar üzrə seçilirlər. İki daimi üzv Qərbi Avropa dövlətləridir. Bunlar Böyük Britaniya və Fransadır. Afrika, Latın Amerikası və Karib dənizinin (baxmayaraq ki, ən sıx qitədir) daimi nümayəndələri yoxdur. Heç bir müsəlman ölkəsi Təhlükəsizlik Şurasının daimi üzvü deyil. Dördüncüsü, TŞ və Baş Məclis üzvlərinin sayı arasında bərabərsizlik var. BMT-nin 193 üzvü var. Təhlükəsizlik Şurasında 15 dövlət təmsil olunur. Beş daimi üzv veto hüququna malikdir. Veto hüququ digər dövlətlərin hüquqlarını məhdudlaşdırır. Qərarlar daimi üzvlərin maraqlarına uyğun olaraq qəbul edilir. 193 dövlətin təmsil olunduğu Baş Məclisin Təhlükəsizlik Şurasının qərarlarını dəyişdirmək hüququ yoxdur.

Anahtar Kelimeler:

Atıf Yapanlar
Bilgi: Bu yayına herhangi bir atıf yapılmamıştır.
Benzer Makaleler










Sosiologiya.Sosial psixologiya.Siyasət

Dergi Türü :   Uluslararası

Sosiologiya.Sosial psixologiya.Siyasət