Kullanım Kılavuzu
Neden sadece 3 sonuç görüntüleyebiliyorum?
Sadece üye olan kurumların ağından bağlandığınız da tüm sonuçları görüntüleyebilirsiniz. Üye olmayan kurumlar için kurum yetkililerinin başvurması durumunda 1 aylık ücretsiz deneme sürümü açmaktayız.
Benim olmayan çok sonuç geliyor?
Birçok kaynakça da atıflar "Soyad, İ" olarak gösterildiği için özellikle Soyad ve isminin baş harfi aynı olan akademisyenlerin atıfları zaman zaman karışabilmektedir. Bu sorun tüm dünyadaki atıf dizinlerinin sıkça karşılaştığı bir sorundur.
Sadece ilgili makaleme yapılan atıfları nasıl görebilirim?
Makalenizin ismini arattıktan sonra detaylar kısmına bastığınız anda seçtiğiniz makaleye yapılan atıfları görebilirsiniz.
 ASOS INDEKS
 Görüntüleme 1
Azərbaycan və ingilis dillərində inversiya hadisəsi və onun sadə cümlə tərkibində ifadəsi
2020
Dergi:  
Elmi İş
Yazar:  
Özet:

Məqalə müxtəlifsistemli olan azərbaycan və ingilis dillərində söz sırasına və onun cümlədə ifadəsinə həsr olunmuşdur. Hər iki dildə nəqli cümlələr sabit söz sırasına malikdir. Hər bir cümlə üzvü müəyyən mövqelərdə yerləşir və söz sırasının pozulması mənanın dəyişməsinə və ya cümlədə mənanın itməsinə gətirib çıxarır. İngilis dilində cümlədə söz sırası mübtəda, xəbər, tamamlıq, zərflik ardıcıllığı üzrə formalaşır. İngilis dilində sual cümlələrinin inversiyası geniş yayılmışdır. Belə cümlələrin xüsusi intonasiyası və kommunikativ məqsədi olur. Məlum olur ki, sözlərin sıralanması və bu xüsusda meydana çıxan inversiya hadisəsi məsələsi həmişə dilçilərin diqqət mərkəzində olmuşdur. Söz sırası mətnin təşkilində həm qrammatik, həm də üslubi funksiya daşıyır. Başqa sözlə, söz sırası həm bilavasitə əlaqələrin yaranmasında, komponentlərin bir-biri ilə qrammatik əlaqəsinə kömək edir, həm də emosionallığa xidmət edir. Azərbaycan dilçiliyində S.Cəfərov, O.Musayev, R.Xəlilov, Ş.Yusifli, Ə.Cavadov, M.Bayramov; ingilis dilçiliyində M.Lazarkeviç, T.Koblens və başqaları bu problemlə bağlı araşdırmalar aparmışlar. Onlar belə nəticəyə gəlmişlər ki, hər bir dil hadisəsi kimi, cümlədə sözlərin sıralanması da müəyyən qanunlar əsasında baş verir. Bilirik ki, mətn cümlələr vasitəsilə reallaşır. Söhbət təkcə mətnin reallaşmasından getmir, əsas məsələ mətndəki mövzunun qavranılmasından gedir. Bununla yanaşı, mübahisəli məsələlər də mövcuddur. Bu da ondan ibarətdir ki, dildə vahid sıra sisteminin qanunauyğunluğu müəyyənləşmədiyi üçün hansı cümlənin birinci sıraya, hansı cümlənin isə çevrilmə olduğu dəqiq göstərilməmişdir, yəni araşdırma bir tərəfli aparılmışdır. Beləliklə, bir dil hadisəsi kimi sıralanmanın məzmun və mahiyyəti açılmamış, sintaktik vahidlərin sıralanmasından təcrid edilmiş şəkildə söhbət getmiş, fikrimizcə, sıra bir sistem, kateqoriya kimi nəzərdə tutulmamışdır. Inversion phenomenon in Azerbaijani and English languages and its expression in simple sentences- mövzumun ingilis dilində adı

Anahtar Kelimeler:

Atıf Yapanlar
Bilgi: Bu yayına herhangi bir atıf yapılmamıştır.
Benzer Makaleler










Elmi İş

Dergi Türü :   Uluslararası

Elmi İş