Azərbaycanın xarici siyasətinin əsas vəzifələri və prinsipləri, başlıca istiqamətləri, milli mənafe və yerli şəraitdən irəli gələn xüsusiyyətləri özünəməxsusluğu Heydər Əliyev tərəfindən düşünülmüş elmi nəzəri əsaslara malik bir proqrama çevrilərək, ulu öndərin müəllifi olduğu Azərbaycan konstitusiyasında təsbit olundu: Konstitusiyamızın 7–ci maddəsinin II bəndində göstərilir: “Azərbaycan respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır”. Beynəlxalq münasibətlərin prinsiplərini ifadə edən 10–cu maddədə qeyd olunur ki, “Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur” Əlbəttə müstəqillik qazandıqdan sonra Azərbaycanın dünyanın bir çox dövlətləri ilə xüsusilə Türkiyə Respublikası ilə güclü qarşılıqlı əlaqələri qurulmuşdur. Məqalədə müstəqil Azərbaycan Respublikasının xarici siyasət strategiyasının formalaşmasında və Azərbaycan-Türkiyə münasibətlərində ümummilli lider Heydər Əliyüvin rolu, onun bu istiqamətdə gördüyü işlər ,eləcə də qazandığı uğurlar təhlil olunmuşdur
Alan : Sosyal, Beşeri ve İdari Bilimler
Dergi Türü : Uluslararası
Benzer Makaleler | Yazar | # |
---|
Makale | Yazar | # |
---|