Kullanım Kılavuzu
Neden sadece 3 sonuç görüntüleyebiliyorum?
Sadece üye olan kurumların ağından bağlandığınız da tüm sonuçları görüntüleyebilirsiniz. Üye olmayan kurumlar için kurum yetkililerinin başvurması durumunda 1 aylık ücretsiz deneme sürümü açmaktayız.
Benim olmayan çok sonuç geliyor?
Birçok kaynakça da atıflar "Soyad, İ" olarak gösterildiği için özellikle Soyad ve isminin baş harfi aynı olan akademisyenlerin atıfları zaman zaman karışabilmektedir. Bu sorun tüm dünyadaki atıf dizinlerinin sıkça karşılaştığı bir sorundur.
Sadece ilgili makaleme yapılan atıfları nasıl görebilirim?
Makalenizin ismini arattıktan sonra detaylar kısmına bastığınız anda seçtiğiniz makaleye yapılan atıfları görebilirsiniz.
 Görüntüleme 21
 İndirme 2
İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA
2022
Dergi:  
Türk Dünyası Dil ve Edebiyat Dergisi
Yazar:  
Özet:

Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Xalq yazıçısı İsmayıl Şıxlı müasir dövrdə ən çox oxunan, əsərləri təkrar-təkrar nəşr olunan, adı məktəb dərsliklərindən düşməyən, haqqında tədqiqat işləri yazılan ədiblərdəndir. İ. Şıxlının əsərlərinin dili araşdırmaların mövzusu olsa da, xüsusən məşhur “Dəli Kür” əsərinin dili tədqiq olunsa da, onun bədii dilinin lüğətçilik üçün əhəmiyyəti diqqətdən kənarda qalmışdır. Bu məqalədə İsmayıl Şıxlının bədii dili leksikoqrafik yöndən təhlil olunur, müxtəlif tipli lüğətlərin, xüsusən izahlı lüğətlərin tərtibində istifadə olunması yolları araşdırılır, İ. Şıxlının dilinin lüğətinin tərtibinin vacibliyi vurğulanır. İ. Şıxlı leksikasının maraq doğuran qismi Azərbaycan dilinin izahlı lüğətində olmayan, lakin oxucunun qarşısına çıxa biləcək az işlək leksikadır. Belə sözlər kifayət qədərdir və həm ümumi lüğətlərdə, həm də yazıçı lüğətində təmsil olunmalıdır. Məsələn: yehrələnmək - zolaq şəklində nizamla biçilmək, nizamla biçilib zolaq şəklində düzülmək züllə papaq - qıvrım tüklü dəridən tikilən çox hündür papaq növü. XI Ordu əsgərlərinin baş geyiminə də xalq arasında qədim papaq növünü xatırlatdığı üçün züllə papaq demişlər heykirmək - bağırmaq, böyürmək, hayqırmaq. İ. Şıxlının dili etnoqrafik leksika ilə zəngindir. Şıxlının əsərlərində xalqın həyatı, məişəti, adət-ənənələri ilə bağlı bəzi sözlərin geniş ensiklopedik izahını tapmaq mümkündür: iynəlik - Novruz bayramı adətlərindən biri. cıdırhəngi - izahlı lüğətdə qeydə alınmayıb. Cıdır yarışlarında ifa olunan zərbli havanın və rəqsin adı. dirədöymə - izahlı lüğətdə yalnız oyun adı kimi qeydə alınsa da, İ. Şıxlı dilində həm də rəqs havasının adı kimi rast gəlinir. Ümumi izahlı lüğətlərin tərtibində dildə sözün bütün mənalarını əhatə etmək üçün bəzən dörd-beş yazıçının yaradıcılığından istifadə etmək lazım gəlir. İ. Şıxlı sözün çoxmənalılıq imkanlarını məharətlə sərgiləyə bilir, sözün məna tutumunu təqdim etmək üçün lüğət materialı verir. Məqalədə daban sözünün 4 mənada, kötük sözünün üç mənada işlənməsinə dair illüstrativ material göstərilir. İ. Şıxlı yaradıcılığını leksikoqrafik baxımdan araşdırmaq və maraqlı dil faktlarını üzə çıxarmaq Azərbaycan dili adlı bir xəzinənin tərkib hissələrinin toplanması, dil bankının (korpusunun) zənginləşməsi, çoxcildlik ümumi lüğətlərin tərtibi işinə də xidmətdir.

Anahtar Kelimeler:

2022
Yazar:  
Lexicographic Approach To The Literary Language Of Ismail Shikhli
2022
Yazar:  
Anahtar Kelimeler:

Atıf Yapanlar
Bilgi: Bu yayına herhangi bir atıf yapılmamıştır.
Türk Dünyası Dil ve Edebiyat Dergisi

Dergi Türü :   Ulusal

Metrikler
Makale : 384
Atıf : 565
Quarter
Filoloji Temel Alanı
Q3
57/84

Türk Dünyası Dil ve Edebiyat Dergisi