Kullanım Kılavuzu
Neden sadece 3 sonuç görüntüleyebiliyorum?
Sadece üye olan kurumların ağından bağlandığınız da tüm sonuçları görüntüleyebilirsiniz. Üye olmayan kurumlar için kurum yetkililerinin başvurması durumunda 1 aylık ücretsiz deneme sürümü açmaktayız.
Benim olmayan çok sonuç geliyor?
Birçok kaynakça da atıflar "Soyad, İ" olarak gösterildiği için özellikle Soyad ve isminin baş harfi aynı olan akademisyenlerin atıfları zaman zaman karışabilmektedir. Bu sorun tüm dünyadaki atıf dizinlerinin sıkça karşılaştığı bir sorundur.
Sadece ilgili makaleme yapılan atıfları nasıl görebilirim?
Makalenizin ismini arattıktan sonra detaylar kısmına bastığınız anda seçtiğiniz makaleye yapılan atıfları görebilirsiniz.
 Görüntüleme 30
 İndirme 5
 Sesli Dinleme 1
MƏDƏNİ VƏ MƏNƏVİ İRSİMİZ: “KEŞİKÇİDAĞ”
2019
Dergi:  
Journal Of Academic Social Resources
Yazar:  
Özet:

Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azərbaycanda qədim dövrlərdən mövcud olan yaşayış yerlərinin, müxtəlif tarixi dövrlərdə inkişaf tapmış mədəniyyətlərin müxtəlif aspektlərdən araşdırılması və öyrənilməsi istiqamətində aparılan işlər son illərdə daha da intensivləşmişdir. Qeyd etmək lazımdır ki, arxeoloji qazıntılar zamanı əldə edilən maddi- mədəniyyət nümunələri, mədəniyyət abidələri tarixi keçmişimizin və zəngin mədəniyyətimizin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, bu abidələr dövlət tərəfindən nəzarətə götürülərək xüsusi qayğı ilə qorunur, öyrənilir və təbliğ edilir. Keşikçidağ mağaralar kompleksində yerləşən tarixi, arxeoloji və memarlıq abidələrinin yaşı daş dövrünə qədər gedib çatır. Bu unikal tarix-mədəniyyət abidəsinin ərazisində bir qala, iki məbəd, 70-ə qədər təbii və süni mağara, 87 kurqan, 23 su quyusu, 12 ərzaq anbarı, bir müqəddəs inanc yeri-Qüdrət bulağı, bir monumental abidə - “İlham Əliyev adına zirvə” yerləşir. Qoruğun ərazisi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, sonuncu yaşayış düşərgəsindən 28 km şimal-şərq istiqamətində, dəniz səviyyəsindən 750-950 m hündürlükdə, dağların cənub və cənub-şərq istiqamətindəki sıldırım qayalıqlarda, Gürcüstan Respublikası ilə sərhəddə yerləşir. Qoruq ərazisində aparılan araşdırmalar bir daha deməyə əsas verir ki, burada təşəkkül tapan mədəniyyətlər müxtəlif tarixi dövrlərə aid olmaqla, fərqli dini - fəlsəfi dünyagörüşü əsasında zaman-zaman inkişafda olmuşdur. Bununla belə, burada inkişaf tapan mədəniyyətlərin daşıyıcıları bu ərazidə minilliklər boyu yaşamış, Qafqaz Albaniyası dövründə xristianlığı qəbul etmiş indiki yerli sakinlərin əcdadları hesab olunan türk mənşəli tayfalar olmuşdur.

Anahtar Kelimeler:

Atıf Yapanlar
Bilgi: Bu yayına herhangi bir atıf yapılmamıştır.
Benzer Makaleler






Journal Of Academic Social Resources

Alan :   Sosyal, Beşeri ve İdari Bilimler

Dergi Türü :   Uluslararası

Metrikler
Makale : 783
Atıf : 153
2023 Impact/Etki : 0.055
Journal Of Academic Social Resources